Bankı qarət edib, pulu yoldan keçənlərə payladı

12 Sentyabr 2013 09:48 (UTC+04:00)

Simferopolda bankı qarət edərək pulları yoldan keçənlərə paylayan şəxsi psixiatrik xəstəxanaya göndərilib. Məhkəmə onu qarət ittihamı üzrə təqsirli bilib, ancaq onu müalicəyə göndərmək qərara alınıb.

Sözügedən qarət aprelin 1-də törədilib. Şəxs banklardan birinin şöbəsinə gələrək pul tələb edib. Əks təqdirdə qadının başını kəsəcəyi ilə hədələyib. Qorxmuş əməkdaş ona pul bağlamalarını verdikdən sonra isə qaçıb. Daha sonra isə pulları yoldan keçənlərə paylayıb. Qalan pulu isə qohumlarına verib.

Araşdırma zamanı məlum olub ki, o, başqa banklardan da pul tələb edib. Ancaq banklarda onun bu tələbi yerinə yetirilməyib.

Elnur
AzNews.az