Gürcüstanın Azərbaycandan pendir və kəsmik alışına çəkdiyi xərci 6 dəfəyə yaxın artıb

6 Dekabr 2025 16:21 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 343,2 min ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 5,7 dəfə çoxdur.

Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 33,1 milyon ABŞ dolları dəyərində pendir və kəsmik alıb ki, bu da 1 il əvvəlki göstəricidən 28 % çoxdur.

Hesabat dövründə Gürcüstan Almaniyadan 5,62 milyon ABŞ dolları, Türkiyədən 4,8 milyon ABŞ dolları, Rusiyadan 3,86 milyon ABŞ dolları, Polşadan 3,54 milyon ABŞ dollar, İtaliyadan 3,28 milyon ABŞ dolları dəyərində pendir və kəsmik idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 32,76 milyon ABŞ dolları dəyərində pendir və kəsmik alıb ki, bunun da 120 min ABŞ dolları Azərbaycanın payına düşüb.

Aznews.az