AFFA və UFA arasında U-20-lərin dünya çempionatına hazırlıq müzakirə olunub

6 Dekabr 2025 19:46 (UTC+04:00)

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak etmək üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.

Aznews.az xəbər verir ki, Bu barədə AFFA-dan məlumat verilib.

Görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər, eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi müzakirə olunub.