İranın xarici işlər naziri Abbas Araqçi misirli həmkarı Bədr Əbdül Əti ilə telefonla Tehranın nüvə proqramını müzakirə edib.
Aznews.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi “Telegram” kanalında verilən açıqlamaya görə, söhbət zamanı İranın nüvə məsələsi müzakirə olunub.
Bundan əlavə, bəyanatda tərəflərin ikitərəfli münasibətləri və Yaxın Şərqdəki hadisələri müzakirə etdikləri də əlavə edilib.
Qeyd edək ki, 20 noyabr tarixində BAEA-nın idarə heyəti İrandan zənginləşdirilmiş uran ehtiyatlarının və istismardan çıxarılan nüvə obyektlərinin vəziyyəti barədə agentliyə dərhal məlumat verməsini tələb edən qətnamə qəbul edib.