İlon Mask Avropa İttifaqının ləğv edilməsini istəyir

6 Dekabr 2025 23:03 (UTC+04:00)

Amerikalı milyarder İlon Mask Avropa İttifaqını (Aİ) tənqid edərək onun ləğv edilməsinə çağırış edib.

Aznews.az xəbər verir ki, Mask bu barədə "X" hesabında yazıb.

“Avropa İttifaqı ləğv edilməli, suverenlik ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər”, – deyə o, paylaşımda qeyd edib.