Avropa Rusiya ilə silahlı münaqişəyə hazırlaşır və hərbi iqtisadiyyat qurur.
Aznews.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.
"Avropa İttifaqının rəsmi mövqeyi bundan ibarətdir ki, 2030-cu ilə qədər Aİ müharibəyə hazır olmalıdır. Onlar hərbi iqtisadiyyat qururlar", - Orban deyib.
Onun sözlərinə görə, Aİ ölkələri avtomobil istehsalını silah və zirehli texnika buraxılmasına yönəldirlər:
"Hərbi ekspansiyanın dörd mərhələsi var. Birinci – diplomatik münasibətlərin kəsilməsi. Bu artıq baş verib. İkinci – iqtisadi sanksiyaların tətbiqi və əməkdaşlığın dayandırılması. Bunu da keçmişik. Üçüncü – çağırışın tətbiqi və hərbi iqtisadiyyata keçid. Hazırda biz də, Brüssel də bu mərhələdədir. Dördüncü mərhələ isə artıq toqquşma mərhələsidir".