Ermitajın təmirində 50 milyon yoxa çıxıb

12 Sentyabr 2013 10:27 (UTC+04:00)

Rusiyanın Daxili İşlər Nazirliyi Ermitajda aparılan yenidənqurma işləri zamanı yoxa çıxan 50 milyon rublu axtarır. Bu barədə məlumatı nazirlik yayıb.

Məlumata görə, bir qrup şəxs əvvəlcədən təsdiqlənən layihə-smeta sənədlərinə dəyişik edib. Fırıldaqçılar sənədlərdə dəyişiklik edərək görülən işin həcmi və dəyəri barədə yanlış məlumat daxil ediblər.
Qeyd edək ki, Ermitaja verilməsi nəzərdə tutulan binanın yenidənqurulması zamanı korrupsiya elementlərinin olmasının 2013-cü ilin iyulunda Hesablama Palatası müəyyən etmişdi.

Elnur
AzNews.az