Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Aznews.az xəbər verir ki, Bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Qeyd edək ki, dekabrın 6-da Beyləqanda "Mercedes" markalı minik avtomobilin sürücüsü idarəetməni itirərib və avtomobil yol kənarında aşıb. Qəza zamanı Məmmədov Nizami Zahid oğlu dünyasını dəyişib. Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu isə ağır xəsarət alıb.