İstanbulda narkotacirlər polisi güllələyib

8 Dekabr 2025 10:55 (UTC+04:00)

İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb.

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ağır yaralanıb, hücum edənlərdən biri isə öldürülüb.

Hücum edənlərdən ikisi sağ ələ keçirilib.