Tofiq Bakıxanov “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM

8 Dekabr 2025 11:49 (UTC+04:00)

Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.