ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində general-mayor MakKinni Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.
"Həm Müdafiə Nazirliyinin, həm də Fövqəladə Hallar Nazirliyinin nüvə, radioloji, kimyəvi, və bioloji təhlükələr üzrə mübarizə bölmələri ilə müzakirələr aparıb və Şəhidlər xiyabanını ziyarət edərək ehtiramını bildirib. MakKinin səfəri Amerika Birləşmiş Ştatları və Azərbaycanın uzunmüddətli müdafiə əməkdaşlığını möhkəmləndirdi və Azərbaycanın, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə dair ortaq maraqları vurğulayıb", - məlumatda qeyd edilib.