Sərnişin avtobusu qəza törətdi

12 Sentyabr 2013 10:48 (UTC+04:00)
Biləsuvar rayonunda sərnişin daşıyan mikroavtobusla "Jiquli" toqquşub. Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, sərnişinlə dolu olan "Ford" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobililə toqquşub. Qəza zamanı bir nəfər sərnişinin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(anspress)

AzNews.az