Elm və Təhsil Nazirliyinin tabeliyindəki üç elmi istehsalat birliyi ləğv edilib

8 Dekabr 2025 17:16 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyi, “Aşqar” Elmi İstehsalat Birliyi və “Kompozit” Elmi İstehsalat Birliyi ləğv edilib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Elm və Təhsil Nazirliyi elmi istehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsüb, nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.