Avropa və Şimali Amerikanın Qərb ölkələrində qeyri-qanuni immiqrasiya böhranı davam edir.
Kanar Adaları Sahil Mühafizəsi tərəfindən mətbuata verilən məlumata görə, son 24 saat ərzində El Hierro sahillərində təsbit edilən iki fərqli qayıqdan cəmi 327 miqrant xilas edilərək sahilə çıxarılıb.
Qayıqlardan birində 192, digərində 135 qeyri-qanuni miqrant olduğunu bildirən səlahiyyətlilər, Qambiya, Seneqal, Qana, Mali, Qvineya və Sierra Leone vətəndaşları olduğu bildirilən qeyri-qanuni miqrantlardan 24-nün qadın, 8-nin uşaq, digərlərinin isə kişi olduğu məlumatını paylaşıb.
Bildirilib ki, El Hierro limanına gələrkən sağlamlıqları yoxlanılan qeyri-qanuni mühacirlərdən biri xəstəxanaya yerləşdirilib, digərləri isə Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə köçürülüb.
Mövsüm,
AzNews.az