Slovakiya Prezidenti: Azərbaycanla strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik

8 Dekabr 2025 19:18 (UTC+04:00)

“Çox şadam ki, bu gün Slovakiyada Prezident sarayında Azərbaycan Prezidentini salamlayıram”.

Aznews.az xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.

Slovakiya Prezidenti bildirib ki, bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir: “Bu, ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik”.