Quterreş: Suriya xalqının dirənişinə və cəsarətinə hörmət edirəm

8 Dekabr 2025 19:31 (UTC+04:00)

Suriyadakı inqilabın üzərindən bir il keçdikdən sonra ölkənin gələcəyi beynəlxalq ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Suriyada baş verən rejim dəyişikliyinin birinci ildönümü münasibətilə yazılı bəyanat yayımlayıb.

Quterreş Suriya xalqının müqavimətindən danışaraq bildirib:

“Bu gün Əsəd hökumətinin süqutundan və onilliklər boyu davam edən təzyiq sisteminin sona çatmasından bir il keçir. Təsəvvür belə edilə bilməyən çətinliklərə baxmayaraq ümidini heç vaxt itirməyən Suriya xalqının dirənişinə və cəsarətinə böyük hörmət bəsləyirəm.”

BMT-nin keçid prosesinin uğurla başa çatması üçün suriyalılarla işləməyə tam sadiq olduğunu vurğulayan Quterreş qeyd edib:

“Son bir il göstərdi ki, suriyalılar öz keçidlərini idarə etmək baxımından gücləndirildikdə və dəstəkləndikdə real dəyişiklik mümkündür. Keçid dövrü ədalət mexanizmlərinin yaradılması istiqamətində işlər davam edərkən, mülki iştirakın genişləndirilməsi inklüziv və hesabatlı bir Suriyanın təməlini atmağa kömək edəcək. Beynəlxalq ictimaiyyət Suriya rəhbərliyində və Suriyaya məxsus bu keçid prosesinin arxasında qətiyyətlə dayanmalıdır.”

Mövsüm,

AzNews.az