Rusiya: NATO-ya hücuma hazırlıq iddiaları cəfəngiyyatdır

9 Dekabr 2025 17:39 (UTC+04:00)

Kreml Sarayının mətbuat katibi Dmitri Peskov Avropa və NATO ölkələrinin Rusiyaya qarşı irəli sürdüyü iddialara cavab verib.

Peskov bəyan edib ki, Avropa ölkələrinin Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqını bərpa etmək istəməsi ilə bağlı iddiaları yalandır, Putinin NATO üzvü olan ölkəni işğal etməyi planlaşdırdığına dair iddialar isə tamamilə cəfəngiyyatdır.

Kreml Sarayının sözçüsü Dmitri Peskov Almaniya kansleri Fridrix Merzin dünənki "Putin keçmiş Sovet İttifaqını geri qaytarmaq istəyir" ifadəsinə toxunaraq , "Bu doğru deyil. Vladimir Putin Sovet İttifaqını bərpa etmək istəmir, çünki bu mümkün deyil və bunu dəfələrlə deyib.

"Bu barədə danışmaq bizim tərəfdaşlarımıza hörmətsizlikdir. Cənab Merz, görünür, bunu bilmir. "

Peskov NATO ölkələrinə hücum iddialarına cavab olaraq deyib:

NATO-ya hücum etməyə hazırlaşdığımız iddiası tamamilə cəfəngiyyatdır.

Mövsüm,

AzNews.az