Rusiyanın İvanovo vilayətində An-22 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, İvanovo vilayətində An-22 tipli hərbi nəqliyyat təyyarəsi təmirdən sonra keçirilən sınaq uçuşu zamanı yaşayış olmayan əraziyə düşüb.
Bəyanatda hadisə yerinə axtarış-xilasetmə qruplarının göndərildiyi, lakin təyyarədə olan ekipaj üzvlərinin aqibətinin hələlik naməlum olduğu qeyd edilib.
Nazirlik həmçinin, qəzanın başvermə səbəblərinin araşdırılacağını bildirib.
Rusiya mediasının məlumatına görə, təyyarədə 7 nəfər olub.
Mövsüm,
AzNews.az