Simonyan: Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq

10 Dekabr 2025 13:22 (UTC+04:00)

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq.

Aznews.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri bunu Alen Simonyan bildirib.

“Proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimitasiya edəcəyik”, - Simonyan qeyd edib.

O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb.