Enerji daşıyıcılarının nə qədər çox alternativ mənbəyi olsa, bu Ermənistan üçün bir o qədər yaxşıdır.
Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O vurğulayıb ki, İrəvan Azərbaycanın öz mallarını Ermənistan ərazisi vasitəsilə Naxçıvana və Türkiyəyə ixrac etməsinə imkan yaratmalıdır. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələrin davam etdiyini qeyd edən Simonyan belə bir tranzitin yaxın vaxtlarda mümkün ola biləcəyini istisna etməyib.