Azərbaycanda “Yeni Nəsil Texnologiyalar Mərkəzi” yaradılacaq.
Aznews.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Eyni zamanda, texnologiya tətbiqinə dair dəstək mexanizmlərinin formalaşdırılması nəzərdə tutulub.
Sənədə əsasən, müvafiq Mərkəzin yaradılması üzrə təkliflər hazırlanması və azı 25 müəssisənin müvafiq sahədə təlimlərə cəlb edilməsi, mərkəz vasitəsilə təqdim olunan rəqəmsal transformasiya xidmətlərindən faydalanan müəssisələrin sayının hər il artması, rəqəmsal transformasiyadan keçmiş müəssisələrin sayının və fəaliyyət sahəsi üzrə rəqabət qabiliyyətinin davamlı yaxşılaşması planlaşdırılır.
Mərkəzin məqsədi müasir texnologiyaların tətbiqi ilə biznes proseslərinin optimallaşdırılmasına dəstək göstərmək, “öyrən və transformasiya et” modeli əsasında təlim və məsləhət xidmətləri təqdim etməkdir. Türkiyənin MEXT Rəqəmsal Bacarıqlar Mərkəzinin və Sinqapurun Digital Capability Center-nin təcrübələrinə əsaslanaraq, işçi məhsuldarlığında 15–30 faiz, sektor üzrə isə 10–30 faiz artım əldə edilməsi gözlənilir.