Macarıstan Azərbaycandan 800 milyon kub metr həcmində qaz alacaq

11 Dekabr 2025 15:01 (UTC+04:00)

Macarıstan Azərbaycandan 800 milyon kub metr həcmində qaz alacaq.

Aznews.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook”da bildirib.

“Daha bir təbii qaz alışı ilə bağlı razılaşma: Bu dəfə Azərbaycanla. İki il ərzində 800 milyon kub metrlik qaz!”, - Siyarto qeyd edib.