Yaponiyanın Aomori prefekturası yaxınlığında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Aznews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.
Kyodo agentliyinin məlumatına görə hadisədən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.