MSK məhkəməyə verildi

12 Sentyabr 2013 13:57 (UTC+04:00)
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mərkəzi Seçki Komissiyasından (MSK) Apelyasiya şikayəti verib. Partiya sədrinin Modern.az-a verdiyi məlumata görə, o, ötən gün MSK-nın iclasına buraxılmayıb.

F.Əliyevin sözlərinə görə, MSK-ya 44 286 imza təqdim edib. Onlardan 8 186-sı etibarsız sayılıb və yoxlama prosesi dayandırılıb.

"Mənim imza vərəqələrimdə 8186 imza saxta çıxarılıb. Buna görə MSK-nı Apelyasiya məhkəməsinə vermişəm".

Xatırladaq ki, ötən gün MSK-nın iclasında F.Əliyevin 40 minlik imza baryerini keçə bilmədiyi əsas gətirilərək, onun prezidentliyə namizədliyini qeydə almayıb.

AzNews.az