Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir

12 Dekabr 2025 13:30 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir.

Aznews.az xəbər verir ki, Qazaxıstan Prezidenti Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili-2025” forumunda bildirib ki, avqust ayında iki ölkə arasında Vaşinqton Bəyannaməsinin imzalanması tarixi əhəmiyyətə malikdir.

O qeyd edib ki, bu, Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır.