Azərbaycanda son dövr ərzində 2714 əkiz, 81 üçəm doğulub

12 Dekabr 2025 15:56 (UTC+04:00)

Cari ilin yanvar-oktyabr aylarında doğulan körpələrdən 2714-ü əkiz, 81-i isə üçəm olub.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Qeyd edək ki, yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb.