Böyük Britaniyanın Kralı III Çarlz xərçənglə mübarizəsi barədə xalqa şəxsi video müraciətində danışacaq.
Britaniyanın "Daily Mail" qəzeti bildirib ki, kral videonu "Cancer Research UK" və "Channel 4" tərəfindən birgə təşkil edilən "Xərçənglə Mübarizə 2025" kampaniyasının bir hissəsi kimi hazırlayıb.
Mesajında monarx erkən diaqnozu təmin etmək üçün xərçəng müayinəsi proqramlarının əhəmiyyətini vurğulayacaq və "öz sağalma səyahəti ilə bağlı düşüncələrini bölüşəcək".
Nəşr bildirib ki, III Çarlzın videomüraciəti Channel 4-ün əsas gecə proqramının bir hissəsini təşkil edəcək və Kembricdəki Addenbruk Xəstəxanasındakı xərçəng klinikasından canlı yayımdan qısa müddət əvvəl nümayiş olunacaq. Verilişi bu yaxınlarda döş xərçəngindən müalicə alan aparıcı Davina MakKoll aparacaq.
Mövsüm,
AzNews.az