NATO baş katibi: “Rusiyanın növbəti hədəfi bizik”

12 Dekabr 2025 19:33 (UTC+04:00)

NATO Baş katibi Mark Rutte, Münhen Təhlükəsizlik Konfransı tərəfindən Berlində Almaniyanın xarici işlər naziri Yohann Vadephulun moderatorluğu ilə təşkil olunan paneldə çıxış edib.

NATO Baş katibi bildirib:

“Bu gün sizə NATO-nun harada dayandığını və bir savaş başlamadan öncə onu necə dayandıra biləcəyimizi anlatmaq üçün buradayam. Rusiyanın növbəti hədəfi bizik.”

Son bir il ərzində müdafiə istehsalının artdığını, lakin hələ də “təbrik etmə zamanı” olmadığını vurğulayan Rutte əlavə edib:

“Qorxuram ki, çox insan səssiz şəkildə biganə qalır. Çoxları vəziyyətin təcili olduğunu hiss etmir və çoxları zamanın bizim xeyrimizə işlədiyinə inanır. Halbuki belə deyil. Hərəkətə keçmək vaxtı indidir”.

Mövsüm,

AzNews.az