Türkiyə lideri Qara dənizdə gəmilərə raket hücumlarına sərt reaksiya verib

13 Dekabr 2025 14:42 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gəmilərə raket hücumlarına sərt reaksiya verib.

Aznews.az xəbər verir ki, Ərdoğan Türkiyənin bu məsələdə qəti mövqe sərgilədiyini bildirib:

“Qara dəniz qarşıdurma meydanı kimi qəbul edilməməlidir. Bu vəziyyət nə Rusiyaya, nə də Ukraynaya fayda verər. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə hamının ehtiyacı var”, - Ərdoğan qeyd edib.