Azərbaycan Türkiyədən tekstil məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

13 Dekabr 2025 15:09 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 46,501 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 4,414 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,1 % azdır.

Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % azalaraq 8 milyard 629 milyon ABŞ dolları, noyabrda isə 12,9 % azalaraq 743 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox tekstil məhsulları idxalı İtaliya 692,847 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 1,3 % az), Misir 501,752 milyon ABŞ dolları (24 % çox) və ABŞ 477,438 milyon ABŞ dolları (1,7 % az) dəyərində həyata keçirib.

Aznews.az