“Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb

13 Dekabr 2025 20:33 (UTC+04:00)

Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.

Aznews.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.

Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə - Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.

Qeyd edək ki, “Uşaq Avroviziyası”nda 4 dəfə qalib gələn Gürcüstan müsabiqənin tarixində ən uğurlu ölkə hesab olunur. Qonşu ölkə müsabiqəyə ikinci dəfədir ev sahibliyi edir.