Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

13 Dekabr 2025 20:51 (UTC+04:00)

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiyi son hadisələr fonunda" qəbul edilib. Məhdudiyyət dekabrın 13-dən tətbiq edilib və qeyri-müəyyən müddətə qüvvədə qalacaq.

Qeyd edək ki, ötən həftəsonu Tailand və Kambocanın sərhəd bölgələrində döyüşlər yenidən başlayıb. Son məlumatlara görə, Tailand sərhəddəki qarşıdurmalar zamanı 14 hərbçisini itirib, 120-dən çox insanı yaralayıb.

Öz növbəsində Kamboca hakimiyyəti 11 nəfərin öldüyünü və 74-nün yaralandığını bildirib.

Döyüşlər səbəbindən Taylandın sərhəd əyalətlərinin təxminən 400.000 sakini təxliyə edilib, 300.000-dən çox şəxs isə Kambocadakı evlərini tərk etmək məcburiyyətində qalıb.

Aznews.az