Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Aznews.az xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və orta ağır qiymətləndirilir.
Zərərçəkənlərin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Aznews.az