Qarnından körpə deyil, kokain çıxdı

12 Sentyabr 2013 15:07 (UTC+04:00)
Kolumbiyada Kanada əsilli bir qadının "saxta Hamilə qarnından" 2 kiloqram kokain ələ keçirilib.


Kanadaya getmək üçün paytaxt Bogotadaki Beynəlxalq hava limanına gələn və bəzi şübhəli hərəkətlər edən bir qadın polisin diqqətini çəkib. Polis qadını saxlayaraq, sorğu-sual edib.

Polisin, ``Neçə aylıq hamiləsən`` sualına əvvəlcə tərəddüd edən qadın, sonra 7 aylıq hamilə olduğunu deyib. Üstü axtarılan qadının belinə bağladığı "saxta hamilə qarnından" 2 kiloqram kokain tapılıb.
Narkotik ticarəti və daşıma ittihamı ilə nəzarətə alınan Kanadalı qadını 8 ilə qədər həbs cəzası gözləyir.

Nəzarətə alınan qadının ölkəyə avqust ayında daxil olduğu bildirilir.
Bogota Beynəlxalq Hava Limanında bu il 150 adamın narkotiklə tutulduğu, ümumilikdə çoxu narkotik ittihamı ilə 874 xaricinin həbsxanalara göndərildiyi bildirilir.

Elman
AzNews.az