“İslamofobiya insan hüquqlarının pozulmasıdır“

12 Sentyabr 2013 15:09 (UTC+04:00)
İslamofobiya insan hüquqlarının pozulması deməkdir və genişmiqyaslı etniklərarası və dinlərarası problemlərə səbəb olur. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bülənt Arınç deyib.

Arınç bildirib: "İslamofobiya cəmiyyətdə düşmənçiliyi yayan virus kimidir".

Onun sözlərinə görə, müsəlman ölkələri islamofobiyaya qarşı birgə mübarizə aparmalıdır: "Yalnız bu halda cəmiyyətdə bu anlayışın kökünü kəsməyə nail olmaq olar".

AzNews.az