Ən yaxşı sənədli film- “Əriyən ada”

12 Sentyabr 2013 16:59 (UTC+04:00)
Kazanda keçirilən IX Beynəlxalq Müsəlman Film Festivalının qalibləri arasında rejissor Fariz Əhmədovun "Əriyən ada" filmi də var. "Azanfilm" studiyasında çəkilən film "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi seçilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalada 27 ölkə iştirak edib. Ümumilikdə isə 450 film nümayiş olunub. Onların 50-i bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.

Bahar
AzNews.az