Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni Filipp Kirkorovu axtarışa verib.
Aznews.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, müğənni oktyabrın 30-da qurumun məlumat bazasına daxil edilib, lakin bu haqda məlumat yalnız bu gün ictimaiyyətə açıqlanıb.
Bildirilir ki, Filipp Kirkorova Krım və Donetskdə konsert çıxışları ilə əlaqədar qiyabi şəkildə ittiham irəli sürülüb.