Partiya seçkiyə porno roliklə gedir - ETİRAZ
12 Sentyabr 2013 18:10 (UTC+04:00)
Almaniyada 22 sentyabr seçkiləri yaxınlaşdıqca partiyalar arasında rəqabət sürətlənir. Seçkilərə qatılan Die Partei (Əyləncə Partiyası) adlı bir siyasi partiya təqdimat üçün maraqlı bir reklam roliki hazırlayıb.
Partiya tərəfindən hazırlanan və dövlət televiziyasında nümayiş olunan reklam roliki, porno məzmunlu olduğu üçün böyük mübahisə yaradıb. Bu səbəbdən dövlət kanalının göstərdiyi görüntülər YouTube-dən yığışdırılıb.
"Ailə üçün bir kömək" adını daşıyan iki dəqiqəlik reklam rolikində cinsi əlaqəyə girən bir cütün buzlanmış görüntüləri göstərilir. Dünən axşam Almaniyanın dövlət televiziyası ikinci kanalı ZDF-də göstərilən görüntüləri Youtube "Biz Alman qanunlarına tabe deyilik" deyərək silib.
ZDF, seçki rolikini hazırlamadan əvvəl hüquqşünaslarla məsləhətləşdiklərini, onların seçki kampaniyasına və hüquqa zidd bir şeyin olmadığını dediklərini bildirib.
Elman
AzNews.az