Növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb, açarlar təqdim olunub

16 Dekabr 2025 15:48 (UTC+04:00)

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə köçən sakinlərə evlərinin açarları təqdim edilib.

Aznews.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəsinin əməkdaşları, Qaçqınlar məcburi köçkünlərin işləri üzrə Dövlət xidmətinin və ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibəti ilə təbrik edib, yaşayış məntəqələrində yaradılmış şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonra Təzəbinə və Seyidbəyli sakinlərinə evlərin açarları təqdim olunub.

Aznews.az