Haaqada Ukrayna üzrə Kompensasiya Komissiyası yaradılıb.
Aznews.az xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David van Veel bildirib.
Onun sözlərinə görə, komissiyanın rəsmi olaraq fəaliyyətə başlaması Ukrayna üçün ədalətin bərpası istiqamətində mühüm addımdır: “Niderland Krallığı adından Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa, Avropa İttifaqı Şurası və Avropa tərəfdaşlarının iştirakı ilə konvensiyanı imzaladım”.
Nazir qeyd edib ki, “komissiya Rusiyanın təcavüzünə görə kompensasiya mexanizminin ikinci sütununu təşkil edir və 2023-cü ildə Haaqada yaradılmış zərər reyestrinə əsaslanır”.
“Bu gün biz həmçinin Kompensasiya Komissiyası üçün ev sahibi ölkə kimi çıxış edəcəyimizi elan etdik”, - o əlavə edib.
Aznews.az