Ukrayna 15 Rusiya vətəndaşını təhvil verib

16 Dekabr 2025 18:59 (UTC+04:00)

Ukrayna ərazisində olan 15 Rusiya vətəndaşından ibarət qrup Belarusda ailələrinə təhvil verilib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bu şəxslərin təhvil verilməsi proseduru Belarus-Ukrayna sərhədində Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın iştirakı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.