Polşada terror aktı planlaşdıran gənc həbs edilib

16 Dekabr 2025 16:16 (UTC+04:00)

İŞİD-in adı yenidən eşidilməyə başladıqca, Polşa vətəndaşının hərəkətləri diqqət və narahatlıq doğurub.

Milad bazarında terror aktı planlaşdıran İŞİD-in tərəfdarı olan gənc polşalı həbs edilib.

Polşa Xüsusi Təyinatlı Qüvvələr Nazirinin sözçüsü Yaçek Dobrzinski, Mateuş V. adlı Polşa vətəndaşının Polşa Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları tərəfindən ölkədəki Milad bazarlarından birində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb.

Mətbuat katibi Yacek Dobrzynski 19 yaşlı Mateuş V.-nin partlayıcı maddələrdən istifadə edərək terror hücumu planlaşdırdığını və partlayıcı maddələrin necə hazırlanması barədə məlumat əldə etdiklərini bildirib.

Mövsüm,

AzNews.az