Almaniya özünün havadan müdafiə qüvvələrinin Polşadakı missiyasının başa çatdığını elan edib.
Aznews.az xəbər verir ki, bu barədə Almaniya müdafiə nazirliyi məlumat yayıb.
“Patriot sistemlərinin Almaniyaya gətirilməsindən sonra belə, ölkəmiz NATO-nun şərq cinahının ərazisinin və tərəfdaşlarımızın qorunmasına öz töhfələrini davam etdirəcək”, - nazirlik bildirib.