Macarıstan ABŞ-dan 5 il ərzində 2 milyard kub metr həcmində təbii qaz alacaq.
Aznews.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.
“Biz enerjini mümkün olduğu qədər çox mənbədən və mümkün olduqca fərqli marşrutlar vasitəsilə almaqda maraqlıyıq. Bu da bizim üçün ən ucuz qiymətləri mümkün edir”, - Siyarto qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Macarıstan XİN rəhbəri ölkəsinin Azərbaycandan 800 milyon kub metr həcmində təbii qaz alacağını elan etmişdi.