Vəkil Nemət Kərimlinin onun və yaxınlarının sosial şəbəkədə təhqir olunması barədə xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə sosial şəbəkədə saxta hesab yaradaraq vəkili və yaxınlarını təhqir etməkdə təqsirləndirilən İmamət İsmayılova barəsində qərar qəbul edilib.
Bundan əvvəl də xüsusi ittiham qaydasında ittiham edilərək 6 aylıq həbs olunan və hazırda cəza çəkən İmamət İsmayılovanın cəzaları birləşdirilib və ona 8 ay həbs cəzası təyin edilib.
1994-cü il təvəllüdlü İmamət İsmayılovanın jurnalist olduğu bildirilir.
AzNews.az