Lavrov və Əraqçi regional məsələləri müzakirə edib

17 Dekabr 2025 14:02 (UTC+04:00)

Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi arasında görüş keçirilir.

Aznews.az xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə nazirlər iki ölkə arasındakı münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, Yaxın Şərqi və regional gündəlikdə duran məsələləri müzakirə edirlər.