Overçuk Ermənistana səfər edib

17 Dekabr 2025 14:33 (UTC+04:00)

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfər edib.

Aznews.az xəbər verir ki, Overçuk Ermənistana həmkarı Mher Qriqoryanın dəvəti ilə İrəvana gedib.

Overçukun Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcəyi və ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını müzakirə edəcəyi bildirilib.