Sabah Culfada üç saat işıq olmayacaq

17 Dekabr 2025 17:59 (UTC+04:00)

Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasilə olacaq.

Aznews.az xəbər verir ki, Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 №-li (Neftibaza–FHN) və 7 №-li (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də saat 10:00-dan 13:00-dək Culfa şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.

AzNews.az