Rusiya ilə Ukrayna arasındakı müharibədə sülh razılaşması əldə etmək üçün səylər göstərilərkən, Avropa Birliyi ölkələri Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərini ələ keçirmək ideyasını müzakirə edirlər.
Almaniya kansleri Fridrix Merz bu yaxınlarda bu məsələyə toxunub.
Dövlət televiziyası ZDF-ə danışan Merz, dondurulmuş Rusiya aktivləri məsələsinin bu həftə keçiriləcək Avropa Birliyi Zirvə Toplantısında müzakirə olunacağını bildirərək, "Hazırkı perspektivdən deyərdim ki, uğur qazanacağımız üçün 50 faiz şans var", - deyə qeyd edib.
Merz, Avropada bu məsələ ilə bağlı narahatlıqların olduğunu və onları ciddiyə aldığını bildirdi, lakin bu narahatlıqları bölüşmədiyini də əlavə edib.
Mövsüm,
AzNews.az