Gümrünün sabiq merinin həbs müddəti uzadılıb

17 Dekabr 2025 18:47 (UTC+04:00)

Gümrünün keçmiş meri Vardan Qukasyanın həbs müddəti daha üç ay uzadılıb.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Xatırladaq ki, sabiq merə qarşı Ermənistan Cinayət Məcəlləsinin "Rüşvət alma" maddəsi ilə ittiham irəli sürülüb.